Xəbərlər 21.07.2023 11:22 1518

Ermənistan QHT-lərinin bizim müraciətimizə reaksiyası- QHT sədrindən açıqlama

Ermənistan QHT-ləri Azərbaycan QHT-lərinin beynəlxalq təşkilatlara son müraciətinə reaksiya verdilər.

İctimai-siyasi xadim, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov QHT.az –a açıqlamasında bildirib ki, müraciətdə Erməni ictimai təşkilatları siyasi manipulyasiya ilə məğul olan və Cənub Qafqazda hərbi təcavüzün güclənməsinə aparan və Ermənistan-Azərbaycan arasındakı hərbi münaqişənin sülh yolu ilə həllinə maneə törədən Azərbaycan “ekoloqlarının” bu mövqedən dərin narahat olduqlarını bildirirlər: "erməni qhteşniklər deyirlər Ermənistan Açıq Hökumət Partnyorluğunda fəal iştirak edirlər, Azərbaycanın vətəndaş cəmiyyətini isə dırnaq arasında göstərirlər. Onlar gözlərindəki tiri nə vaxt görüblər ki? Amma gərək sifətlərini qorumaq üçün ekoloqlar sözünü dırnaqda yazmazdılar. Həm də Azərbaycanda ekoloji problemlər yaradan yerləri, məsələn Söyüdlünü qeyd edirlər. Amma bu problemlər varsa belə axı onlar transərhəd təsirlərə malik deyil və Ermənstanın ətraf mühitinə cüzi də olsa ziyan vermir".

İctimai-siyasi xadim həmçinin qeyd edib ki, əsas səbəblərdən biri QHT qanunvericiliyinin sərtləşdirlməsidir: "Azərbaycan Açıq Hökumət Partnyorluğu proseslərinə qatılan ilk dövlətlərdən olsa da hazırda ölkəni həmin platformadakı fəaliyyəti deaktiv edilib".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı