Xəbərlər 25.07.2023 21:42 2809

"Nə zaman Asan imza məsələsi "asanlaşacaq"" - OSMAN GÜNDÜZ

"Bu gün yenidən "Asan imza" problemi ilə bağlı bir çox dövlət və bank xidmətlərindən, ödəniş sistemlərindən istifadə etmək mümkün olmayıb. Bu səbəbdən e-taxes portalından, Mobil Notariat-dan və E-məhkəmədən, MİDA-dan istifadədə problemlər yaşanıb”.

QHT.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Gündüz Osman məlumat verib. O, qeyd edib ki, Asan imza-da yaranan bu tip problemlər ucbatından digər xidmətlərdən istifadə mümkünsüz olur: “Hamı oturub gözləyir ki, nə zaman Asan imza məsələsi "asanlaşacaq". Asan imza-ya nəzarəti həyata keçirən Dövlət Vergi Xidməti son zamanlar öz resurslarını köklü surətdə yeniləməklə məşğuldur. Problemin ciddiliyi və kütləviliyi isə ondan ibarətdir ki, hələlik bir çox sahələrdə Asan imza inhisarçılığı davam edir. Dövlətin digər bir identifikasiya vasitəsi, SİMA rəqəmsal imzası bir xeyli müddət öncə yaradılsa da maralıdır ki, onun sahibi olan RİNN, AzİnTelecom inteqrasiyanı başa çatdıra bilməyib”.

Gündüz Osman həmçinin qeyd edib ki, sahibkarlıq sektoru, hüquqi şəxslər, vergi ilə bağlı xidmətlər, vergi hesabatları, bir çox ödəniş sistemləri SİMA-ya inteqrasiya olunmayıb. Yalnız Asan imzadan istifadə edib bu xidmətləri almaq olar. Odur ki, Asan imza ilə problemi olan sahibkar, biznes qurumu vergi məsələləri və digər əməliyyatlarla bağlı SİMA-dan istifadə edə bilmir. Bir daha qərar qəbul edənlərin diqqətinə çatdırıram ki, dövlət resurslarının, strateji əhəmiyyət kəsb edən xeyli dövlət sistemlərinin, sahibkarlıq və biznes əməliyyatlarının yalnız "Asan imza" üzərində "oturması", yalnız bir identifikasiya vasitəsindən asılılıq ciddi risklər yaradır. Bu doğru yanaşma deyil. Bu resursun xarici bir identifikasiya vasitəsi olması fikrimcə əlavə risklər yaradır”.

Forumun prezidenti İqtisadiyyat Nazirliyi, RİNN, Antiinhisar Xidməti, həmçinin kritik infrastruktura cavabdeh olan DTX və XRİTDX bu haqda düşünməli, təhlükəsiz, rəqabətli, daha əlçatan və dayanıqlı mexanizmlər hazırlanmalı olduğunu vurğulayıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı