Xəbərlər 01.08.2023 15:48 2478

"Açıq məhkəmə iclasında onu mühakimə etmək maraqlı olacaq" - Səməd Vəkilov

Məlumat verdiyimiz kimi, Meşəli soyqırımı hadisələri ilə bağlı beynəlxalq axtarışda olan Ermənistan vətəndaşı Xaçaturyan Vaqif Çerkezoviç Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb.

QHT.az xəbər verir ki, Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki,  Xaçaturyan Vaqif Çerkezoviç Cinayət Məcəlləsinin 103-cü və 107-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Müvəkkil Hüquq Mərkəzinin sədri Səməd Vəkilov məsləyə münasibət bildirərək qeyd edib ki, Xaçaturyanın işgəncə verdiyi şəxslər sağ-salamt olduqları üçün bütün dünyanın gözü qarşısında açıq məhkəmə iclasında onu mühakimə etmək maraqlı olacaq: "Qarabağda belə faciələri yaşamış onlarla kənd var. Onların hamısı haqqında cinayət işləri yenilənməli, bütün şahidlər dindirilməli, təqsirkar şəxslərin dairəsi müəyyənləşdirilməlidir. Faciəni əks elətdirən foto-sərgilər təşkil olunmalı, ensiklopediyalar hazırlanmalı, sənədli filmlər çəkilməlidir”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı