QHT sədri İradə Rizazadənin doğum günüdür
Bu gün "Vətəndaşların Sosial Rifahı Naminə" İB-nin sədri İradə Rizazadənin doğum günüdür.
QHT.az xəbər verir ki, o, 1956 –cı ildə 4 avqust tarixində İrəvan şəhərində anadan olub. İctimai-siyasi fəaliyyəti kifayət qədər əhatəli olan İradə xanım doğma torpaqlarından qaçqın düşmüş vətəndaşlarımıza qayğı ilə yanaşan, onların sosial problemlərinin həllinə diqqət göstərən, cəmiyyətin diqqətini bu məsələyə cəlb etməkdə özünə vətəndaşlıq borcu hesab edən bir qadın olub. Həyatını, gəncliyini, ömrünü Vətəni üçün həsr edən İradə xanım Qərbi Azərbaycanın tarixinin müxtəlif səpkidə təbliğatını aparan ilk şəxslərdən olub. Həmçinin gənc nəslin vətənpərvər ruhda yetişməsi üçün müxtəlif tədbirlərin təşkilatçısı olub. O, bu il Cənab Prezident tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib.
QHT.az Vətəndaş Cəmiyyəti adından daima milli birliyi yaratmaq, yaşatmaq və gücləndirmək ücün misilsiz xidmətləri əvəzsiz olan İradə xanıma daha böyük uğurlara imza atmağı, arzu edirik!
Doğum gününüz mübarək!
Pərvanə Fərhadqızı