QHT sədri Cəmilə Çingizqızının doğum günüdür
Bu gün "Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım" İctimai Birliyi sədri Cəmilə Çingizqızının doğum günüdür.
QHT.az xəbər verir ki, o, 1978 –ci ildə 4 avqust tarixində Bakı şəhərində anadan olub. İctimai-siyasi fəaliyyəti əhatəli olan Cəmilə xanım Birliyinin rəhbəri olaraq vətən müharibəsi iştirakçılarının tanıdılması və vətənpərvərlik mövzusunda tədbirlərin təşkil olunması, Azərbaycanda yaşayan eşitmə məhdudiyyəti olan məktəblilər, gənclər, insanların səhiyyəyə əlçatanlığını bərabər təmin edilməsində misilsiz xidmətləri əvəzsiz olub.
Cəmilə xanım eşitmə və nitq məhdudiyyətli şəxslərin bir çoxunun oxumasında çətinliyi olan şəxslərin işarət dilində daha yaxşı başa düşmələri üçün, onların asan başa düşə biləcəyi dildə xidmətlərin hazırlanmasında dəstək verib.
QHT.az Vətəndaş Cəmiyyəti adından bu xüsusi gün münasibətilə Cəmilə xanımı təbrik edirik və işlərində uğurlar arzulayırıq!
Doğum gününüz mübarək!
Pərvanə Fərhadqızı