QHT sədri Tünzalə Qardaşovanın doğum günüdür
Din və Qadın Hüquqları İctimai Birliyinin sədri Tünzalə Qardaşovanın doğum günüdür.
QHT.az xəbər verir ki, o, 1985 –ci ildə 6 avqust tarixində Masallı rayonun Ərkivan qəsəbəsində anadan olub. Tünzalə xanım ölkəmizin müxtəlif regionlarında gender-əsaslı bərabər hüquqlar üzrə maarifləndirmə tədbirlərinin təşkili, Azərbaycan Respublikasının genderlə bağlı qəbul etdiyi qanunlar, gender stereotipləri və s. bu yöndə mövzuları əhatə edən tədbirlərin təşkil olunmasında misilsiz rolu olub. Gördüyü qabaqcıl işlər və məqsədlərə çatmaq üçün göstərdiyi səylər təqdirəlayiqdir. İnanırıq ki, Sizin rəhbərliyiniz altında təşkilatınız daha da böyüyəcək və cəmiyyətimizə daha çox fayda verəcəkdir.
QHT.az Vətəndaş Cəmiyyəti adından Tünzalə xanıma uğurların davamlı olmasını və hədəflərinə çatmağı arzulayırıq.
Doğum gününüz mübarək!
Pərvanə Fərhadqızı