Xəbərlər 11.08.2023 22:07 3063

"Robotlaşdırılmış Reklam Həllərinin Təqdimatı" adlı tədbir keçirilib - VİDEO

Ölkədə ilk dəfə "Robotlaşdırılmış Reklam Həllərinin Təqdimatı" adlı tədbir keçirilib. SİA xəbər verir ki, Azərbaycan üzrə satış haqları "Artmood Agency"ə məxsus dünya üzrə tanınmış ABŞ şirkəti Mic Robotics və Yaponiya şirkəti Tokinomo robotlarının funksionallığı, aktuallığı, günümüzdə reklam və xidmət sahəsinə verəcəyi töhfələr iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirdə müxtəlif şirkətlərin və dövlət qurumlarının nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən "Artmood Agency" şirkətinin təsisçi və rəhbəri Xəyalə Mütəllimova qonaqlara şirkətin fəaliyyəti, uğurları haqqında məlumat verərək robotların Azərbaycan reklam sektorunda canlanma yaradacağını bildirib.

Eyni zamanda robotlar qonaqlara təqdim olunaraq funksiyaları haqqında geniş məlumat verilib. Tədbirdə robotlara ciddi maraq göstərilib və "Artmood Agency" şirkətinin reklam sahəsindəki xidmətləri yüksək qiymətləndirib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı