"Onlar dünyanı ayağa qaldırırlar, amma bizim 30 ildir səsimizi eşitmirlər" - Rauf Zeyni
“Təəssüflər olsun ki, bizim bu günə qədər bəyanat verdiyimiz, müraciət göndərdiyimiz beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar Qərbi Azərbaycanlıların öz doğma yurd-yuvalarına qayıtması, öz etirazları ilə bağlı verilən bəyanatlara, o cümlədən QHT-lərin indiyə kimi verdiyi bəyanatlarına bağlı heç bir reaksiya, dəstək vermirlər. İstər ekoloji məsələlər, istər bizim insan hüquqları, insan haqları ilə bağlı, yurd yuvalarımıza, Vətənimizə qayıtmaq hüququ ilə bağlı repatriasiya və digər məsələlərlə bağlı heç bir reaksiya vermirlər”.
QHT.az xəbər verir ki, bu sözləri Azərbaycan Milli QHT Forumunun prezidenti Rauf Zeyni hazırda keçirilən “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq təcrübə” adlı Beynəlxalq Konfransda bildirib. O, qeyd edib ki, insan hüquqlarından danışan Beynəlxalq Amnistiyanın əsası (Amnesty İnternational) və digər Beynəlxalq təşkilatlar beynəlxalq aləmdə özlərini insan hüquqları vəkili elan etmiş təşkilatlardır: “Həmin təşkilatların nizamnaməsi, statusları, akreditasiya olduğu məlsələləri var. Dəfələrlə müraciət etmişik, bəyanat vermişik. Ən azından bunu açıb oxumurlar ki, hansı məsələləri öz üzərinə götürüblər. Onlar dünyanı ayağa qaldırırlar ki, filankəsin hüququ tapdalanıb, amma 1 milyondan artıq qaçqın və məcburi köçkünü olan bu boyda millətin 30 ildir səsini eşitmirlər? Onlar ədalətsizlik, vicdansızlıq, qərəzlilik nümayiş elətdirirlər. Onlar erməni pərəstdirlərdirlər”.
Rauf Zeyni həmçinin bildirib ki, öz tarixi torpaqlarımızda mənfur düşmənin respublikasını tanımaq məcburiyyətindəyik: “Bundan da dəhşətli faciə nə ola bilər? Cənubi Qafqazda sülh, əminanamanlıq, inkişaf naminə torpaqlarımızı işğal edən ermənilər qondarma respublika yaradıblar, bu gün biz onu tanımaq məcburiyyətindəyik. Tanıyırıq, təki sülh olsun”.
Pərvanə Fərhadqızı