Xəbərlər 16.08.2023 11:42 2570

"Erməniçilik tanınmış pensionerlərin pulla alınması üzrə ciddi təcrübəyə malikdirlər” - Sahib Məmmədov

“Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Moreno Ocamponun 7 avqust 2023-cü il tarixli "ekspert rəyi" həm də ona görə absurddur ki, ərazidə Roma statutunun 6 b) və 7.2. b) maddələrinin əlamətləri yoxdur”.

QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. O, sual ünvanlayıb ki, əgər 7 ay ərzində əraziyə həyatı təmin edən ərzaq və digər yaşayış vasitələri daxil olmayıbsa, istilik və enerji təchizatı yoxdursa o zaman nə qədər əhali məhv olub: “Keçmiş proukurorda bu barədə hansısa rəqəmlər varmı? 7 ay bundan qabaq da 120 000 əhali yazırdı erməniçilik, indi də yazır. Əgər 7 aydan da çox vaxtda “hər hansı bir qrup üçün onun tam və ya qismən fiziki məhvinə hesablanmış və pis yaşayış şəraitinin qəsdən yaradılması”nın nəticəsində bir nəfər də zərər görməyibsə, o zaman soyqırım və ya müharibə cinayətinin sübutları nədər? Ümumiyyətlə erməniçilik tanınmış pensionerlərin pulla alınması üzrə ciddi təcrübəyə malikdirlər”.

Hüquq müdafiəçisi qeyd edib ki, bundan əvvəl NATO-nun keçmiş baş katibini, ondan əvvəl ABŞ-ın Azərbaycandakı keçmiş səfiri olan Kozlariçi və s. xeyli pensioneri ələ alıb "əlavə pensiya" təyin edib anti-Azərbaycan açıqlamaları verməyə sövq edə biliblər: “Onlar üçün faydası olacaqmı? Əlbəttə belə açıqlama və rəylərdən erməniçilik sonradan hüquqi əhəmiyyət kəsb edən qərarlar əldə etmək üçün "sübut" kimi istifadə edəcəklər. Unutmayaq ki, beynəlxalq hüququn mənbələrindən biri də tanınmış hüquqşünasların rəyləri və şərhləridir”.

Bizim bütün fəaliyyətimizin Biləcəridən o tərəfə keçməyən daxili təbliğat üzərində olduğunu vurğulayan Sahib Məmmədov qeyd edib ki, kollektiv bəyanatlar göndərilsə belə avtomatik aidiyyatı qurumların spam qutusuna düşür.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı