Şəhidimiz Elnur Əliyevin doğum günüdür
Bu gün qəhrəman şəhidimiz mayor Elnur Əliyevin doğum günüdür.
QHT.az xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin mayoru olan Elnur Əliyev 1976-cı ilin 16 avqust günündə Füzuli rayonunun Dədəli kəndində anadan olub. 1998-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbini (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəb) bitirən kimi N saylı hərbi hissədə motoatıcı taqım komandiri kimi orduda xidmətə başlayıb. Mayor Elnur Əliyev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı digər əsgərləri qorumaq məqsədilə qumbaranın üzərinə atılaraq qəhrəmancasına şəhid olub.
Elnur Əliyev göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.
Qürurla yad edirik! Ruhu şad olsun!
Pərvanə Fərhadqızı