Xəbərlər 19.08.2023 17:21 1973

Qubada səfərdə olan qazilər Azərbaycan-Türkiyə qardaşlıq parkını ziyarət ediblər -FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin təşkilati dəstəyi ilə Quba rayonunda təşkil olunan "Hüququndan keçən əsgər" istirahət düşərgəsində 44 günlük Vətən müharibəsi iştirakçılarının, qazilərin istirahətini səmərəli keçirməsi üçün ekskursiya təşkil olunub.

 

QHT.az  Herbiand.az -a istinadən xəbər verir ki, düşərgə iştirakçıları ekskursiya zamanı Quba rayonunda yerləşən Azərbaycan-Türkiyə qardaşlıq parkını və Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər. Müharibə iştirakçılarına qardaşlıq parkı və Kompleks haqqında məlumat verilib.

 

Qeyd edək ki, Azərbaycan-Türkiyə qardaşlıq parkı ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə 2021-ci mayın 10-da istifadəyə verilib. İstirahət parkının eni 24 m, uzunluğu 60 m, ümumi sahəsi isə 2000 kv/m təşkil edir. Parkda rəmzi olaraq iki qardaş ölkənin bayraqlarındakı ulduz və ayparalar təsvir edilib. 

 

Quba Soyqırımı Memorial Kompleksinə səfər barədə isə bu linkdən tanış ola bilərsiz: https://herbiand.az/post.php?id=43103

 

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı