Xəbərlər 23.08.2023 18:43 1099

"Ermənilərin ərazini tərk etməsi Azərbaycan diplomatiyasının uğurudur" - SƏDR BİLDİRDİ

"30 il ərzində bütün dünyanı aldatmağa cəhd edən ermənilər bu hərəkətləri ilə nümayiş etdirirlər ki, onlar həmişə saxta və yalan bəyanatlarla çıxış ediblər. Azərbaycanın Qarabağ ərazisində yaşayan xalqlar, o cümlədən ermənilər başqa fix bir dövlətin vətəndaşı ola bilməzlər. Heç bir saxta kağız parçası ilə Laçın nəzarət-buraxılış məntəqəsindən keçmək mümkün deyil. Bir daha sübut olundu ki, Dağlıq Qarabağ adlandırılan ərazi əslində, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər məcburi şəkildə ya Ermənistan, ya da Rusiya vətəndaşlığını qəbul ediblər. Ermənilərin Rusiya pasportu ilə Qarabağı tərk etməsi əslində, onların 30 il ərzində bütün dünyaya sırımağa çalışdığı miflərinin alt-üst olmasının sübutudur".

 

QHT.az bildirir ki,  bu sözləri SİA-ya açıqlamasında “Cəmiyyətin İnkişafı Mərkəzi” İctimai Birliyinin sədri Əhməd Abbasbəyli deyib.

 

Onun sözlərinə görə, eyni zamanda, bu hadisələr sübut edir ki, Vardanyan adlı dələduzun əli ilə Rusiyanın müəyyən qüvvələri Azərbaycanda ehtiyat planı hazırlayıblar: "Yəni, Qarabağda olan ermənilərə rus pasportları paylanılıb. Bu, bir çox post-sovet məkanının bir çox yerlərində istifadə olunub. Qarabağda ermənilərə Rusiya pasportu verməklə mümkün olan digər vasitələr həyata keçirilə bilmədikdə müəyyən rus qüvvələri guya ki bu ehtiyat planından istifadə edə biləcəkdi. İndi ermənilərin o ərazidən qaçması həmin planın iflasa uğradığını göstərir. Vardanyanın murdar üzü artıq hər kəsə bəyan oldu.

 

Bütün bunlar Azərbaycan diplomatiyasının uğurlu olduğunun göstəricisidir. Azərbaycan həmin bu uğurları danışıqlar masası ətrafında da təsdiq etməyə qadirdir".

 

Sədr sözlərinə davam edərək bildirib ki, bunlarla yanaşı, rus pasportları ilə ərazini tərk edən ermənilər bir növ özlərini sığortalayırlar: "Vaqif Xaçaturyan hadisəsi erməniləri bir qədər daha tədbirli olmağa məcbur edir. Çünki Qarabağda olan ermənilərin böyük bir hissəsinin 30 il ərzində separatizm çıxışları ilə qanunsuz silahlı qüvvələr daxilində Azərbaycana qarşı baş vermiş cinayətlərdə iştirak etməsi mümkündür. İndi həmin ermənilərin Rusiya pasportu altında gizlənərək Qarabağı tərk etməkdən başqa yolları qalmayıb. Hesab edirəm ki, onlar bu yolla öz canlarını qurtarmağa çalışırlar".

 

"Ermənilərin Göyçə və Zəngəzur ərazisini tərk etməsi ilə bağlı isə onu deyə bilərəm ki, artıq sadə Ermənistan vətəndaşları revanşist qüvvələrin hakimiyyət uğrunda boş-boş çıxışlarına inanmırlar. Yaxın günlərdə BMT TŞ-da olan proseslər bir daha sübut etdi ki, ermənilərin istər siyasi, istər maliyyə, istərsə də hərbi baxımdan artıq gücü qalmayıb. Sadə vətəndaşlar düşünür ki, erməni siyasətçilərinin revanşist çıxışları onların təhlükəsizliyi ilə bağlı təhlükə yarada bilər"-, deyə o əlavə edib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı