Xəbərlər 23.08.2023 11:52 1823

"Fiziki məhdudiyyətli şəxslər narkomaniyaya qarşı" adlı layihə üzrə tədbir baş tutub - FOTOLAR

Avqustun 22-də “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi tərəfindən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə "Fiziki-məhdudiyyətli şəxslər narkomaniyaya qarşı" adlı layihə üzrə tədbir baş tutub.

QHT.az xəbər verir ki, tədbir Mərdəkan Reabilitasiya Mərkəzində həyata keçirilib. Sözü gedən mərkəzdə müalicə almaqda olan əlilliyi olan şəxslər, Qarabağ Qaziləri tədbirdə iştirak edərək maariflənənlər qrupuna qoşulublar. 


Tədbiri giriş sözü ilə açıq elan edən “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri Ruhin Cəfərov öncə Vətən uğrunda canından keçən Şəhidləri yad edib. R. Cəfərov layihə haqqında məlumat verdikdən sonra Mərdəkan Reabilitasiya Mərkəzinin direktoru Səidə Babazadənin açılış nitqi səsləndirildi. Daha sonra millət vəkili Müşfiq Məmmədli, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin departament müdiri Bahadur Rzayev, Azərbaycan Boccia İdman Federasiyasının vitse-prezidenti İlham Məhərrəmov və digər qonaqlar mövzu ətrafında çıxışlar ediblər. Natiqlər layihənin vacibliyindən bəhs edərək öz fikirlərini əlilliyi olan şəxslərə və tədbir iştirakçılarına çatdırıblar. Layihənin mövzusu ətrafında psixoloq Pərvin Süleymanova tədbir iştirakçıları ilə motivasiya xarakterli çıxış edib. Tədbirin sonunda iştirakçılara sertifikat verilməklə təşəkkür bildirilib və xatirə şəkili çəkdirilib. 

 

 


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı