Hindistan Ayda oksigenin varlığnı göstərdi
Hindistan Ayın az tanınan cənub qütbündə kəşfiyyat işləri aparır. Ayın ümumiyyətlə tədqiq edilməmiş cənub qütbünə ilk eniş edən Hindistan kosmik gəmisi səthdə kükürdün olduğunu təsdiqləyib.
QHT.az xəbər verir ki, keçən həftə uğurla eniş edən Chandrayaan-3 pilotsuz kosmik gəmisinin göyərtəsində olan Lazerlə işləyən Fraqmentasiya Spektroskopu Ayın cənub qütbündə səthə yaxın elementar kompozisiyaların ilk sahə ölçmələrini etməyə başlayıb. Hindistan Kosmik Tədqiqatlar Təşkilatının bəyanatında ərazidə kükürdün mövcudluğunu qəti şəkildə təsdiqləyir, Ayın səthində alüminium, kalsium, dəmir, xrom və titanın da olduğunu təsdiqlədiyini və əlavə ölçmələrin manqan, silisium və oksigenin olduğunu qeyd edib.
Pərvanə Fərhadqızı