Ağdam və Zaqatalada sahibkar qadınlara təlim keçiləcək
Qadınlar Arasında Həmrəylik İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qadınların Rəqəmsal İqtisadiyyata Qoşulmasına Dəstək Mövzusunda Tədbirlərin Təşkili” layihəsinin icrasına başlayıb.
Cebhe.info xəbər verir ki, layihənin məqsədi bölgələrdə və kənd yerlərində yaşayan qadınların iqtisadi gücləndirilməsi üçün rəqəmsal bacarıqlarının artırılması ilə qadınların rəqəmsal iqdisadiyyata çıxışına dəstək olmaqdır.
Layihə çərçivəsində Ağdam və Zaqatalada sahibkar qadınlar üçün 3 günlük təlimlər keçiriləcək. Təlimlərdə sahibkar qadınların İKT və rəqəmsal biznes bilik və bacarıqları artırılacaqdır.
Layihədən ümumilikdə 30 sahibkar qadının birbaşa faydalanması nəzərdə tutulur.