Jurnalist və ictimai platformada tanınanların tələbə övladları -FOTOLAR
Dövlət İmtahan Mərkəzi (DİM) bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan ixtisas seçimi müsabiqəsinin nəticələri açıqlayıb.
Azərbaycan universitetlərinə bu il qəbul olanlar arasında jurnalist və ictimai platformada tanınan şəxslərin övladları və yaxınları da tələbə adının qazanıb.
QHT. az Anews.az-a istinadən tələbə adını qazanan şəxsləri sizə təqdim edir:
Tanınmış jurnalist Könül Ayparanın qızı Banu Qocayeva tələbə adı qazanıb. O, Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) bakalavr təhsili alacaq.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN xidmət) mətbuat katibi Elnur Niftəliyevin qızı Gülnur Niftəliyev tələbə adı qazanıb. O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq münasibətlər fakültəsinə qəbul olub.
DOST Rəqəmsal İnnovasiyalar Mərkəznin şöbə müdiri Xanım Yadigarlının qardaşı Camal Yadigarlı Azərbaycan Texniki Universitetinin İnformasiya Təhlükəsizliyi ixtisası üzrə qəbul olub.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin (AzTV) əməkdaşı Mahir Qəribovun qızı Lalə tələbə adını qazananlar sırasındadır. Belə ki, o, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəcilik Akademiyasının (DİA) Politologiya ixtisasında oxuyacaq.
Tələbə adını qazananlardan biri Bakıvaxtı.az saytının baş redaktoru Qalib İbrahimoğlunun qızı Nərgiz
Məmmədlidir. O, Türkiyənin Süleyman Dəmirəl Universitetinin Jurnalistika fakültəsinə qəbul olub.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin mətbuat katibi Şahin Məmmədovun oğlu tələbələr sırasına qoşulub. O, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Menecment fakultəsində təhsil alacaq.
“Olaylar” qəzetinin müxbiri Süleyman İsmayılbəylinin övladı Məhəmməd Türkiyədə ali təhsil alacaq. O,
Hacəttəpə Universitetinin Tibb fakültəsinə qəbul olub.
“Azadmedia.az” saytının əməkdaşı Elnurə Abuşovanın qızı Bakı Dövlət Universitetini (BDU) Muzeyşünaslıq ixtisasına dövlət sifarişi ilə daxil olub.
“Vergilər” qəzetinin müxbiri Fərqanə Allahverdiyevanın qızı Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Marketinq ixtisasına qəbul alıb.
Tələbə adı qazananlar arasında Modern.az saytının rəhbəri Elşad Eyvazlının oğlu Tuncay Eyvazlı da var. O,
Macarıstanda ali təhsil alacaq.
İctimai Tv-nin redaktoru Şəbnəm Xeyrulla isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Rejissorluq ixtisasında təhsil alacaq.
Tarixçi Zaur Əliyevin oğlu Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq münasibətlər fakültəsinə daxil olub.
Medianın İnkişafı Agentliyinin (MEDİA) əməkdaşı Pərvanə İbrahimovanın oğlu Ərhan İbrahimli Türkiyənin Yıldırım Bəyazit Universitetinə qəbul olub.
Jurnalist Samir Əlinin oğlu Seymur Güləliyev Kooperasiya Universitetini qazanıb.
Jurnalist Vəfa Aslanın oğlu isə Azərbaycan Tibb Universitetinə (ATU) qəbul olub.
Bu il qəbul imtahanında qeydiyyatdan keçmiş abituriyentlərin ümumi sayı sayı 79758 nəfər təşkil edib. Onlardan 72111-i Azərbaycan bölməsinin, 7647-si rus bölməsinin abituriyentləridir.
Azərbaycan müəllimi qəzetindən Niyazi Şərifsoyun oğlu Bakı Dövlət Universitetinə, jurnalist Tahir Balıyev və Ülkər Abdullayevanın qızı Fatimə Balıyeva Naxçıvan Dövlət Universitetinə qəbul olub.
QHT.az adından tələbə adını qazanan hər kəsi təbrik edirik!