Xəbərlər 06.09.2023 14:11 4275

“Azərbaycan Roma Statutuna qoşulmalı deyil, bu bizim üçün ağır nəticələrə gətirə bilər” – QHT sədri

Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin Statutunu ratifikasiya olunmaq üçün parlamentə göndərib.

QHT.az xəbər verir ki, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, Azərbaycan heç bir halda provokasiyaya gedib Roma Statutuna qoşulmalı deyil, bu bizim üçün çox ağır nəticələrə gətirə bilər: “Bu halda onlarla qanunlar və məcəllələr dəyişməli, Konstitusiyanın bir neçə maddəsində göstərilən toxunulmazlıq statusu ləğv olunmalıdır. Məsələn, Konstitusiyanın 90-cı maddəsi Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı, 106-cı maddəsi Azərbaycan Respublikası Prezidentinin toxunulmazlığı, 106-1-ci maddə Azərbaycan Respublikası vitse-prezidentlərinin toxunulmazlığı, 123-cü maddəsidir Azərbaycan Respublikası Baş nazirinin toxunulmazlığı”.

QHT sədri Ermənistan Statusu ratifikasiya edən kimi onun geriyə şamil olunması barədə bəyanatın təqdim edəcəyini bildirib: “Ermənistan ötən ilin sentyabr hadisələri ilə bağlı Azərbaycanın siyasi və hərbi rəhbərliyinə qarşı cinayət işinin açılmasını tələb edəcək. Ermənitsn bu addımı ilə Rusiyaya ciddi bir demarş etmiş oldu. Ratifikasiyadan sonra Rusiya Prezidenti Ermənistana gələ bilməyəcək. Əlbəttə Ermənistan Statutun 98-ci maddəsini əsas götürərək Rusiya vətəndaşlarına münasibətdə Statutun tətbiq edilməməsinə dair Rusiya ilə müqavilə bağlaya bilər. Amma bu Rusiya dövləti üçün alçaldıcı bir hərəkət olar və çətin ki, Rusiya bu təklifi qəbul etsin”.

Sahib Məmmədov regonda yeni bir münaqişə ocağının yenidən alovlandırıldığını da vurğuladı: “Axıradək gözləmək lazımdır. Ermənistan bəlkə Rusiyaya təzyiq üçün edib. Bəlkə parlament ratifikasiya etmədi. Amma Paşinyanın ağlı çaşıb. Nə desən edəcək. Gözləyək”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı