Xəbərlər 11.09.2023 10:58 465

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatında Azərbaycan yığması həlledici final oyununa çıxıb

Sentyabr ayının 10-da komandamız son Avropa çempionu İspaniya yığması ilə qarşılaşıb və çətin mübarizədə gümüş medala layiq görülüb.

 

Komandamız bu mötəbər tədbirdə 3-cü dəfə iştirak etməsinə baxmayaraq Avropanın ən güclü 8 komandası ilə birlikdə yarışaraq çıxdığı 4 oyunun hər birindən, o cümlədən finalda qarşılaşdığı İspaniya yığması ilə qrup oyunundan qələbə ilə ayrılıb.

 

İdmançılarımızı turnirin ikinci pilləsinə yüksəlmələri və gümüş medalları münasibətilə təbrik edir, nümayiş etdirdikləri əzmkarlıq və fədakarlığa görə minnətdarlığımızı bildiririk.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı