Xəbərlər 11.09.2023 13:55 1160

Pakistanda bombalı hücum

Pakistanın şimalındakı Hayber Paxtunxva əyalətinin Peşəvər şəhərində bombalı Hücum həyata keçirilib.

QHT.az xəbər verir ki, təhlükəsizlik qüvvələrinə məxsus avtomobili hədəf alan hücumda 1 nəfər ölüb, 8-i təhlükəsizlik işçisi olmaqla 11 nəfər yaralanıb.

Partlayışa əl istehsalı bombanın səbəb ola biləcəyi, əsl səbəbin isə Bomba Zərər Qrupunun hesabatı ilə müəyyən ediləcəyi bildirilib. Polis qrupları partlayışın baş verdiyi ərazini mühasirəyə alarkən, hadisə ilə bağlı araşdırmalar davam edir.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı