Birinci Qarabağ müharibəsində itkin düşən şəhidin nəşi tapıldı - FOTOLAR
30 il əvvəl Birinci Qarabağ müharibəsində Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Hüseynov Əli Heydər oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzulinin Yağlıvənd kəndində torpağa tapşırılıb.

QHT.az xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Hüseynov Əli Heydər oğlu 1968-ci il avqust ayında Füzuli rayonu Yuxarı Yağlıvənd kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 1993-cü ilin avqustunda Füzulidə gedən döyüşlər zamanı itkin düşüb. Ötən illər ərzində isə ailəsi ondan heç bir xəbər ala bilməyib. Hüseynov Əli Heydər oğlunun nəşinin qalıqları keçən il Xocavənd rayonunun Edilli kəndi ərazisində tapılan 12 şəxsin basdırıldığı üçüncü kütləvi məzarlıqda aşkar edilib.

Pərvanə Fərhadqızı