Xəbərlər 12.09.2023 00:49 1314

Qadınlar üçün biznes təlimləri təşkil olunub - FOTOLAR

Ağcabədi, Bərdə və Tərtərdə 70-dən artıq qadın üçün biznes təlimləri təşkil olunub.

QHT.az xəbər verir ki, təlimlər zamanı iştirakçılara biznes planın yazılması, xərclərin, maye dəyərinin və gəlirin hesablanması və digər lazımi biznes bacarıqlar öyrədilib. Təlimlər nəticəsində qadınlara öz biznes planlarını tərtib etmək imkanı yaradılıb.

Qeyd edək ki, təlim BMTİP və AQUPDK-nın Böyük Britaniya Hökumətinin dəstəyilə həyata keçirdiyi “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması" layihəsi çərçivəsində keçirilib.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı