Norveçli adam 1500 il əvvələ aid olan qızıl zinət əşyaları xəzinəsi tapıb
Norveçli Erlend Bore müalicə alan həkiminin məsləhəti ilə təmiz havada daha çox vaxt keçirməyə başlayıb. O, hobbi ilə məşğul olmağa qərar verib.
QHT.az xəbər verir ki, Rennesi adasında ərazini araşdırarkən qızıl zinət əşyalarından ibarət bir xəzinə tapıb. Ümumi çəkisi yüz qramdan çox olan doqquz kulon, üç üzük və on qızıl muncuq.
Stavanger Universitetinin Arxeologiya Muzeyinin saytında verilən məlumata görə, tapıntıların yaşı təxminən 1500 ildir. Göründüyü kimi, qədim zamanlarda muncuqlar və kulonlar bahalı boyunbağının elementləri idi.
Pərvanə Fərhadqızı