Xəbərlər 12.09.2023 15:44 2091

Ermənilərin növbəti təxribatına ekspertlərin münasibəti

Sentyabrın 11-i saat 08:30 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularına qarşı itdən sui-qəsdçi kimi istifadə etməklə terror aktı törətməyə cəhd göstəriblər. İtin üzərindəki əldə düzəlmə partlayıcı qurğunu işə salmaq cəhdinin qarşısı alınıb. Heyvanlardan sui-qəsd məqsədilə istifadə olunması mənəviyyatsız hərəkətdir.

QHT.az xəbər verir ki, bu terror aktı ilə bağlı Təmiz Dünya Qadınlara Yardım Ictimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, bunların mayası belə yoğrulub: “Heç bir canlı onlar üçün dəyərli deyil. Bunlara dəstək verənlər anlamır ki, bu gun onlar üçün də var, çünki, vampir kimi, qan içməsələr yaşaya bilmirlər. Gələcəklər, növbədəsiz”.

Təhsil eksperti Elçin Əfəndiyev məsələyə münasibət bildirərək qeyd edib ki, erməni vəhşiliyi sərhəd tanımır: “İtlərin üzərinə bomba bağlayaraq mövqelərimizə göndərirlər. Bu itlərdən kamikadze kimi istifadə edirlər. Bu terrora cəhddir. Antiterror əməliyyatı üçün növbəti əsasdır”.

Qeyd edək ki, heyvanların sui-qəst kimi istifadəsi etik olmayan bir davranışdır və həm də mənəviyyatlı dəyərlərimizə cavab vermir. İnsanların bu cür hərəkətləri, dünya cəmiyyəti üçün ağır fəsadlar və mənəvi əziyyətlər yaradır.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı