Xəbərlər 13.09.2023 10:31 1864

"Onsuz da həqiqət bizim tərəfimizdədir" - QHT sədri

"Erməniçiliyin ifşası ilə bağlı çoxsaylı nəşrlər hazırlansa da onların əksəriyyəti yalnız ölkə daxilində istifadə üçündür. Beynəlxalq müstəviyə çıxarılacaq nəşrlər çox azdır. Bu barədə bir dəfə də yazmışam. Bizim xarici dillərdə nəşr etdirdiyimiz kitabları dünya ölkələrində olan kitabxanalar demək olar ki, qəbul etmir. Yaxud edir, amma kataloqa daxil etmir. Bunun səbəblərindən də yazmışdım".

QHT.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqları Liqasının sədri, hüquq müdafiəçisi Sahib Məmmədov bildirib. QHT sədri qeyd edib ki, hər halda kimsə erməniçiliyi ifşa edən nəşrini başqa dilə tərcümə etdirirsə və onu hər hansı resurslarda yerləşdirəcəksə mütələq müəyyən məsələləri nəzərə almalıdır: "Kitabda (onlayn kitabda) təhqir xarakterli, irqçi və nifrət dilində fikirlər, həqiqəti əks etdirən və ciddi mənbələrə əsaslanan yazılar olmalıdır. Onsuz da həqiqət bizim tərəfimizdədir. Heç nəyi şişirtməyə ehtiyac yoxdur. "Vəhşi" sözü əvəzinə "qeyri- insanı" sözü işlənməlidir. Əgər mədəni irisin dağıdılmasından bəhs olunursa, bu zaman "vandaliszm" termini daha uyğundur və s. Təhqiramiz, nifrət dili, şişirdilmiş sözlər verilmiş və həqiqi olmayan yazılar verilən kitablar (istənilən yazı) nəinki faydalı deyil, əks effekt verir".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı