Arıqlamaq istəyirsinizsə, makarondan imtina etməyin
Makaron sevənlər tez-tez ondan istədikləri qədər istifadə edə bilmədiklərinə görə məyus olurlar, çünki bunun kilo almasına səbəb olduğuna inanılırlar.
QHT.az xəbər verir ki, yeni araşdırmaya görə, müntəzəm olaraq makaron yemək əslində kilo almağınıza səbəb olmur. Bu, sağlam pəhrizin tərkib hissəsi ola bilər və arıqlamağınıza kömək edə bilər.
Necə?
Beynəlxalq diyetoloqlar Lisa Sanders və Coan Slavin araşdırmalar aparıblar. Makaron çəki artımını təşviq etmədən və ya kilo verməyi maneə törətmədən sağlam bir pəhrizə daxil edilə bildiyini söyləyiblər. Makaron qanda qlükoza səviyyəsinin artmasına, sonra isə sürətli aclıq hissinə səbəb olur. Eyni zamanda, makaron düyü, kartof və çörək kimi oxşar nişastalı qidalarla müqayisədə daha az glisemik reaksiyaya malikdir. Makaronun qaynadılması nişastanın strukturunu dəyişdirərək, onun həzmini asanlaşdırır. Həddən artıq bişmiş makaronda nişasta soyuduqda soyuq salata əlavə edilə bilər. Çox bişmiş və isti makaron qanda qlükoza səviyyəsinə nəzarət etmək üçün ən pis seçimdir. Ayrıca, çəkinizi diqqətlə izləsəniz, diyetoloqlar makaron sousunu dəyişdirməyi, məsələn, qaymaqlı və ya pendir sousunu pomidor və ya tərəvəz sousu ilə əvəz etməyi məsləhət görür.
Pərvanə Fərhadqızı