Xəbərlər 14.09.2023 00:49 3974

Təcrübəli QHT mütəxəssislərin iştirakı ilə görüş keçirilib – FOTOLAR

Sentyabrın 13-də "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyinin “QHT-lərin mövcud vəziyyətinin qiymətləndirilməsi üzrə tədqiqat işi” layihəsinin iş planına əsasən, qiymətləndirmə mexanizmlərindən biri olan, kiçik çərçivədə fokus qrup görüşü keçirilib.

QHT.az xəbər verir ki, “Hüquqi Təhlil və Araşdırma” İctimai Birliyinin sədri Ramil İskəndərli bu barədə məlumat verib: “Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunub. 10 nəfərdən ibarət təcrübəli QHT mütəxxəssislərin iştirakı ilə keçirilən görüşdə öncədən strukturlaşdırılmış suallar əsasında QHT-lərin fikirləri və təklifləri dinlənilib”.

Qeyd edək ki, tədbirdə QHT nümayəndələri Fariz Əkbərov, Ramil İskəndərli, Azər Ramazanov, Cəsarət Hüseynzadə, Vüsalə Hüseynli, Şahin Nəsrullayev, Rauf Zeyni, Əli Fərzəliyev, Ağamirzə Bağırov, Vüqar Əhmədov, Ümidə Kəngərli və Ləman Ağalarova iştirak ediblər.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı