Xəbərlər 14.09.2023 14:50 6450

Keyfiyyətli hüquqi yardımın ən yaxın dostu keyfiyyətli mediasiya xidmətləridir

Bakı 25 saylı Vəkil Bürosunun Vəkili Rzayev Malik Qadir oğlunun iştirakı ilə Bakı 13 Saylı Mediasiya Təşkilatında ailə mübahisəsi üzrə mediasiya prosesi keçirilib. Prosesə Bakı 13 Saylı Mediasiya Təşkilatının Mediatoru Hacıyev Azad Bəyəli oğlu mediator olaraq təyin olunub. Sonda proses barışıq sazişi ilə nəticələnib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov QHT.az bildirib ki, keyfiyyətli hüquqi yardımın həyata keçirilməsində vəkillərin böyük rolu, yeri və əməyi var: “Hər zaman bunu qeyd etmişik, bundan sonra da bu uğurları sevə - sevə mütləq qeyd edəcəyik. Müasir dünyada keyfiyyətli hüquqi yardımın göstərilməsi üzrə standartlarla bağlı alimlərin və nüfuzlu hüquq məktəblərinin gəldiyi nəticə ondan ibarətdir ki, bir peşəkar hüquqşünas, vəkil üçün keyfiyyətli hüquqi yardımı qiymətləndirən əsas meyarlardan biri də hüquq xidməti göstərən şəxsin mediasiyanın imkanlarından geniş istifadəsi etmə taktikası və bacarığıdır. Artıq yüzlərlə vəkil bu imkandan istifadə etməklə keyfiyyətli hüquqi yardımın ən yaxın dostu olan keyfiyyətli mediasiya xidmətlərindən faydalanır”. 

 


Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı