38 məktəb əlilliyi olan uşaqlara öz qapılarını açacaq- FOTOLAR
Azərbaycanın 11 rayonunda yüksək keyfiyyətli inklüziv təhsilin əlçatanlığını artırmaq məqsədilə BMT-nin Uşaq Fondu və Elm və Təhsil Nazirliyi arasında əməkdaşlıq davam edir.
QHT.az xəbər verir ki, sabahdan başlayan yeni tədris ilində 38 məktəb əlilliyi olan uşaqlara öz qapılarını açaraq onları həmyaşıdları ilə birgə öyrənmək və inkişaf etmək imkanları ilə təmin edəcək. Bununla əlaqədar BMT-nin Uşaq Fondu “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığı çərçivəsində inklüziv məktəblərdə korreksiyaedici pedaqoq və məktəb psixoloqları kimi dəstəkləyici heyətin səlahiyyətlərini artırmaq üçün təlim proqramına start verilib.
Qeyd edək ki, təlim müddətində iştirakçılar inklüziv tədris, öyrənmə üsulları və təlim strategiyaları haqqında yeni biliklər əldə edəcək, eləcə də inklüziv məktəblər arasında əməkdaşlıq mədəniyyətini, davamlı öyrənmə və müsbət təcrübələri bölüşmək üçün mentorlarla sessiyalar təşkil olunacaq.
Pərvanə Fərhadqızı