“QHT-lərə  Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR    KABİNETİ 
Q Ə R A R 
“Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan        layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması Qaydası”nın təsdiq edilməsi haqqında

(YÜKLƏ)


“Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatla- rına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.2-ci bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:


1.    “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması Qaydası” təsdiq edilsin (əlavə olunur).


2.    Bu Qərarda dəyişiklik Azərbaycan Respublikası Prezi- dentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 14 sentyabr 2023-cü il
№ 328

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 14 sentyabr tarixli 328 nömrəli Qərarı ilə təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması

QAYDASI


1.    Ümumi müddəa

Bu Qayda “Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləş- dirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanının 7.2-ci bəndinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin (bundan sonra – Agentlik) dövlət büdcəsindən ayrılmış, habelə qanunla müəyyən edilən digər mənbələrdən daxil olan vəsaiti hesabına müsabiqə əsasında və müsabiqədənkənar fonddan maliyyələşdirdiyi layihələrin (bundan sonra – layihə) əlaqə- ləndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, qeyri-hökumət təşkilatları (bundan sonra – QHT) tərəfindən icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılmasının təşkilati və hüquqi əsaslarını müəyyən edir.

 

2.    Layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin ümumi əsasları
2.1.    Agentlik maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsini və icrasına nəzarəti həmin layihələrin qrant sahəsində Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikasının bu sahədə yaranan münasibətləri tənzimləyən digər normativ hüquqi aktları ilə müəyyən edilmiş tələblərə və qrant müqaviləsinin şərtlərinə uyğunluğunu, icra planında nəzərdə tutulan fəaliyyətin səmərəli icra olunmasını, QHT-nin layihə ilə müəyyən olunmuş məqsədlərə çatmasını, benefisiarların layihədən yararlanmasını, layihələrin şəffaflığını, ictimai faydalılığını, səmərəliliyini və davamlılığını təmin etmək məqsədilə həyata keçirir.

2.2.    Agentliyin maliyyələşdirdiyi layihə üzrə görülmüş işlər haqqında QHT Agentlik tərəfindən təsdiq edilmiş formalara uyğun yekun təsviri və maliyyə hesabatlarının (bundan sonra – hesabat) təqdim olunmasını “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 20 noyabr tarixli 26 nömrəli Fərmanına əsasən həyata keçirir. Hesabatların təqdim edilməsi müddətləri Agentliklə QHT arasında bağlanılmış qrant müqaviləsi (bundan sonra – müqavilə) ilə müəyyən edilir.

2.3.    Layihələrin monitorinqinin və qiymətləndirilməsinin məqsədi şəffaflığın, obyektivliyin, hesabatlılığın təmin olunması, layihələrin icra, nəzarət, nəticə mərhələlərinin Agentliklə bağlanılmış müqavilənin şərtlərinə və tələblərinə uyğun yerinə yetirilməsi, müqavilə öhdəliklərinin pozulması və digər sui-istifadə hallarının aşkarlanması zamanı müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına (qurumlarına) müraciət edilməsidir.
2.4.    Layihələrin əlaqələndirilməsi və icrasına nəzarəti çərçivə- sində aparılan monitorinq və qiymətləndirilmə aşağıdakıları özündə ehtiva edir:
2.4.1.    monitorinqin aparılmasının forma və üsullarının müəyyən edilməsi;
2.4.2.    monitorinq aparılacaq layihənin məzmununa uyğun normativ hüquqi aktların, elmi, texniki imkanların nəzərə alınması və müvafiq meyarların müəyyən edilməsi;
2.4.3.    layihənin icra planına uyğunluğunun müəyyən edilməsi;
2.4.4.    layihənin icrası zamanı sənədləşmə işlərinin hüquqi aktlara uyğunluğunun müəyyən edilməsi;
2.4.5.    layihənin icrası zamanı yol verilmiş nöqsanların və yaranmış problemlərin aşkarlanması;
2.4.6.    monitorinqin nəticələrinə dair hesabatın tərtibi, hesabat əsasında qiymətləndirilmənin aparılması və qiymətləndirilmənin nəticələrinə dair yekun rəyin hazırlanması.
 
3.    İcra olunan layihələrin monitorinqinin aparılmasının forma və üsulları

3.1.    Agentlik maliyyələşdirdiyi layihələrlə bağlı layihələrin icra planına uyğun monitorinq aparmaq hüququna malikdir.
3.2.    Agentliyin maliyyələşdirdiyi layihələrin monitorinqi müşahi- dələrin aparılması, monitorinq anketi, müsahibə, sorğu və digər üsullarla aparılır. Layihələrin icrası və nəticələri ilə bağlı monito- rinqlərə müvafiq dövlət orqanlarının (qurumlarının) nümayəndələri, müqavilə əsasında müstəqil ekspertlər və mütəxəssislər cəlb oluna bilər.
3.3.    QHT tərəfindən icra olunan layihə üzərində müşahidələrin aparılması dedikdə Agentliyin bu Qaydaya əsasən QHT-nin təqdim etdiyi məlumatları (hesabatları) qəbul etməsi, öyrənməsi, müqayisə etməsi və həyata keçirilən tədbirlərdə iştirak etməsi nəzərdə tutulur.
3.4.    QHT Agentliyin maliyyələşdirdiyi layihələr çərçivəsində keçirdiyi tədbirlərdə Agentliyin iştirakı üçün lazımi şərait yaratmalıdır.
3.5.    Monitorinqlər layihənin icra olunduğu ərazidə, yaxud QHT-də və Agentlikdə aparıla bilər. QHT tərəfindən Agentliyin maliyyələşdirdiyi layihə çərçivəsində keçirilən tədbirin vaxtı və yeri Agentliyə əvvəlcədən (azı 7 (yeddi) iş günü əvvəl) yazılı, o cümlədən elektron formada bildirilir. Agentlik təşkil olunacaq monitorinqin aparılmasından 3 (üç) iş günü əvvəl QHT-ni məlumatlandırır.
3.6.    Agentlik maliyyələşdirdiyi layihələr çərçivəsində keçirilən tədbirlərdə iştirak etmədən monitorinq apardıqda, QHT-dən bu Qaydaya əsasən təqdim edilməli olan sənəd və məlumatları tələb edə bilər. Təqdim olunmuş sənəd və məlumatlar əsasında müqayi- sələr, təhlillər, ümumiləşdirmələr aparılır, əldə olunan nəticələr monitorinq hesabatına daxil edilir. QHT monitorinq zamanı müvafiq layihə fəaliyyətinin icrası ilə bağlı sənədləri tələb olunan müddətdə Agentliyə təqdim etməlidir.
3.7.    Layihənin icra və nəticələri ilə bağlı aparılan monitorinqdən sonra 10 (on) iş günü müddətində əldə edilmiş yekun nəticə haqqında Agentlik tərəfindən tərtib olunmuş formaya uyğun olaraq monitorinq hesabatı hazırlanır.
3.8.    Monitorinq hesabatının strukturu aşağıdakılardan ibarətdir:
3.8.1.    layihə haqqında ümumi məlumat;
3.8.2.    icra planı üzrə nəzərdə tutulan tədbirlər və fəaliyyətlər;
3.8.3.    icra planı üzrə nəzərdə tutulan tədbirlərin və fəaliyyətin həyata keçirilməsi vəziyyəti, müvafiq təsdiqləyici sənədlər;
3.8.4.    icra planı üzrə nəzərdə tutulan tədbirlərin və fəaliyyətin layihənin xərclər smetasına uyğunluğu, müvafiq təsdiqedici sənədlər;
3.8.5.    layihə çərçivəsində əldə olunan nəticələr.
3.9.    Monitorinq hesabatına uyğun olaraq layihənin icrasında nöqsanlar və çatışmazlıqlar aşkar olunduqda, Agentlik tərəfindən bu Qaydanın 4.5-ci və 4.6-cı bəndləri ilə müəyyən edilmiş qaydada müvafiq tədbirlər görülür.
3.10.    Monitorinqin nəticəsinin rəsmiləşdirilməsi üçün iki nüsxədə akt tərtib olunur.
3.11.    Layihənin icrasına nəzarət çərçivəsində QHT-nin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.3-cü maddəsinin tələblərinə riayət etmədiyi aşkar olunduqda, Agentlik tərəfindən QHT-yə xəbərdarlıq edilir, xəbərdarlığa məhəl qoyulmadıqda isə Agentlik Nizamnaməsinin 3.1.13-cü yarımbəndinə uyğun olaraq müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət edir.

 

4.    Layihə nəticələrinə dair hesabatlılıq

4.1.    QHT Agentliyin maliyyələşdirdiyi layihənin nəticələrinə dair icra planı üzrə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsinin keyfiyyət və kəmiyyət göstəricilərini əks etdirən, ölçülə bilən nəticələrin məcmusundan ibarət yekun hesabatları təsdiqləyici sənədlərlə birlikdə Agentliyə təqdim edir.
4.2.    Agentlik daxil olan yekun hesabatlara 10 (on) iş günü müddətində baxır. Agentlik hesabatların yoxlanılması zamanı layihənin icrası və nəticələri barədə daha ətraflı məlumat əldə etmək hüququna malikdir.
4.3.    QHT-nin təqdim etdiyi yekun hesabatlarda layihənin icra planı və xərclər smetası ilə uyğunsuzluq və ya çatışmazlıq aşkar edildikdə, Agentliyin əsaslandırılmış qərarına müvafiq olaraq layihə- nin maliyyələşdirilməsi dayandırılır və bu Qaydanın 4.5-ci bəndində nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.
4.4.    Layihə üzrə ayrılan vəsait tam xərclənmədikdə, qalıq məbləğ “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadə edilir.
4.5.    Bu Qaydanın 4.3-cü bəndi ilə müəyyən edilmiş hallar aşkar edildikdə, QHT 2 (iki) ilədək müddətə Agentliyin elan etdiyi qrant müsabiqələrində iştirak hüququndan məhrum edilir.
4.6.    Agentlik QHT tərəfindən layihələrin icrası zamanı özünün səlahiyyətlərinə aid olmayan müqavilə öhdəliklərinin pozulması hallarını aşkar etdikdə, bu Qaydanın 3.11-ci bəndində nəzərdə tutulmuş tədbirləri həyata keçirir.

 

5.    İcra olunan layihələrin qiymətləndirilməsi

5.1.    Agentlik qiymətləndirməni maliyyələşdirdiyi layihənin onun məqsəd və vəzifələrinə uyğun təşkilini, səmərəliliyinin ölçülməsini və nəticələrinin müəyyən edilməsini özündə ehtiva edən və Agentlik tərəfindən təsdiq olunmuş müvafiq plan əsasında aparır. Qiymət- ləndirmə Agentlik tərəfindən təsdiq olunmuş ölçüləbilən indikatorların (kəmiyyət və keyfiyyət göstəricilərinin) və meyarların təsbit olunduğu qiymətləndirmə anketi vasitəsilə aparılır.
5.2.    Agentlik tərəfindən qiymətləndirmənin aparılması zamanı şəffaflıq, səmərəlilik, hesabatlılıq, obyektivlik və qərəzsizlik prinsipləri rəhbər tutulur.
5.3.    Agentlik qiymətləndirmə prosesində maliyyələşdirdiyi layi- hənin heyət və iştirakçılarına layihənin icra vəziyyətinin öyrənilməsi məqsədilə sorğu göndərə bilər.
5.4.    Agentlik qiymətləndirmənin nəticələrini təhlil edir, QHT nümayəndələri üçün tövsiyələr hazırlayır, məsləhətlər verir, təlimlər, seminarlar və digər bu kimi tədbirlər təşkil edir.
5.5.    Qiymətləndirmənin nəticələrinə əsasən icra olunan layihələrlə bağlı məlumat 10 (on) iş günü müddətində QHT-yə göndərilir.


 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı