Xəbərlər 15.09.2023 15:49 3898

Füzuli şəhəri 1936 hektar əraziyə malik olacaq - VİDEO

Məskunlaşma prosesi də sürətlə davam etdirilir. Artıq 150-ə yaxın ailə şəhərdə məskunlaşıb. Sentyabrın sonlarda daha bir köç olacaq. Şəhərdə hazırda 38 binada tikinti-quraşdırma əməliyyatları sürətlə aparılır. Bu ilin sonunadək 800 ailə Füzuli şəhərinə qayıdacaq. 2040-ci ilədək isə şəhərdə 50 min vətəndaşımızın məskunlaşacağı gözlənilir.

QHT.az xəbər verir ki, millət vəkili Vüqar Bayramov bildirib ki, Füzuli rayonunun tarixində yeni səhifə açılmaqdadır: “Yeni şəhər işğaldan əvvəlki şəhər ilə müqayisədə daha geniş əraziyə malik olacaq. Növbəti 20 ildə əhali sayı 1993-cü il ilə müqayisədə 2.5 dəfə artacaq və Füzuli şəhəri hava limanı daxil olmaqla, 1936 hektar əraziyə malik olacaq. 46 kilometr avtomobil yolları olan şəhərdə piyada, velosiped yolları 85 kilometr olacaq. Qarabağ Azərbaycan iqtisadiyyatının əsas inkişaf lokomitivinə çevriləcək”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı