Bu gün Beynəlxalq Demokratiya Günüdür
Bu münasibətlə BMT-nin Baş katibi Antonio Quterreş dünya ictimaiyyətinə müraciət ünvanlayıb.
QHT.az həmin müraciəti sizə təqdim edir: Demokratiya, qanunun aliliyi və insan hüquqlarına hörmət - möhkəm, inklüziv və dinc cəmiyyətlərin təməl daşıdır. Onlar azadlığı təmin edir, dayanıqlı inkişafı təşviq edir və hər bir insanın ləyaqət və hüquqlarını qoruyur. Beynəlxalq Demokratiya Günündə biz onun cəmiyyətlərə verdiyi vədi qeyd edirik və bu gərgin və qarışıq dövrdə onun üzləşdiyi çoxsaylı təhlükələri vurğulayırıq. Vətəndaş cəmiyyəti üçün imkanlar məhdudlaşır. Qəsdən və bilmədən yayılan yalan məlumatlar ictimai müzakirələri zəhərləyir, insanları qütbləşdirir və təsisatlara olan inamı zəiflədir.
Qeyd edək ki, “Gələcək nəslin gücləndirilməsi” builki beynəlxalq günün mövzusudur. Uşaqlar və gəncləri yalnız dinləmək kifayət deyil. Biz onları təhsilə, bacarıqların artırılmasına və ömür boyu öyrənməyə böyük sərmayələr qoymaqla dəstəkləməliyik. Biz insan hüquqlarını qorumalı və gender bərabərliyi sahəsində inkişafa nail olmalıyıq. Biz həmçinin gənclərin bütün səviyyələrdə qərarların qəbul edilməsi proseslərində iştirakını genişləndirməliyik.
Pərvanə Fərhadqızı