Xəbərlər 15.09.2023 18:19 771

“Azərbaycan qadını təhsilli, güclü, fəal, səlahiyyətli olmalıdır”- QHT sədri

“Bu fikirlərimi məhz yeni tədris ilində paylaşmaq istəyim təsadüfi deyil. Azərbaycan qadını təhsilli, güclü, fəal, qərarveriçi, yüksək təmsilçilikdə təmsil olunan və səlahiyyətli olmalıdır”.

QHT.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova bildirib: “Bəli, ictimai-siyasi həyatda, elm və təhsildə, biznesdə, dövlət qurumlarında, incəsənətdə, idmanda və s sahələrdə onlarla uğurlu qadınlarımız var. Lakin həm say azdır, həm də imkanlar bərabər deyil. Əziz Qızlar, təhsil üçün əlinizdən gələni edin. Oxuyun, oxuyun, güclü ekspert olun. Ümid edirəm ki, bərabər hüquqlar olduğu kimi bərabər imkanların da yaradılmasında əlimizdən gələni edəcəyik”.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı