Sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə iş adlı maarifləndirici təlim - FOTOLAR
Sentyabrın 7-də "Mələk" Yardıma ehtiyacı olan uşaqlar İctimai Birliyinin icra etdiyi "Aztəminatlı ailələrin uşaqları sosial reabilitasiyaya cəlb edilir" adı layihə çərçivəsində sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə iş adlı maarifləndirici təlim keçirilib.
QHT.az xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Təlimdə sağlamlıq imkanları məhdud uşaqlarla işləmə, davranış qaydası haqqında marifləndirici məlumatlar verilib. Sonda 30 nəfər valideyinə və qəyyuma sertifikat verilib.
Qeyd edək ki, layihə 01 iyul 2023- cü il tarixindən icrasına başlanılıb.
Pərvanə Fərhadqızı