Xəbərlər 18.09.2023 00:33 4458

Xaçmazda aqrar sahənin inkişafı ilə bağlı təlim keçirilib - FOTOLAR

Sentyabr ayının 14-də Xaçmaz rayonunun Çarxı kəndində “Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi tərəfindən təlim keçirilib.

Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihə çərçivəsində həyata keçirilən təlimdə Çarxı kəndində heyvandarlıq, bağçılıq, tərəvəzçilik, taxılçılıq və.s sahələrdə çalışan 25 sahibkar iştirak edib.

Xaçmaz Kənd Təsərrüfatının İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Famil Baxışov təlim iştirakçılarını salamlayaraq sözü təlimçi Nizami Musayevə verib. Təlim çərçivəsində aqrar sahənin bütün sahələrindən söhbət aparılıb. Sahibkarlardan Museyib İsmayılov heyvandarlıqdan danışıb: “Öhdəmdə iki baş sağmal inək var. Birinin südünü ailəmə digərini isə satışa çıxarıram. 3.85 ha torpaq sahəm də var. Qaba yemi və yaşıl yemi pay torpağımdan gətirirəm. Qüvvəli yemidə pay torpağımda əkirəm. Çalışıram ki, sağmal malların sayını çoxaldım".

Nəbi Məmmədov ərazilərdə suvarma suyunun olmamasından şikayətləndi: “Əgər ərazidə su olarsa taxılçılıqdan daha çox gəlir əldə edə bilərik. Buda ailə büdcəmizin artmasına gətirib çıxarar”.

Layihənin eksperti Fərrux Əsgərov da sahibkarlar tərəfindən verilən suallara cavab verib və qeyd edib ki, Dövlətimiz aqrar sahəni inkişaf etdirmək üçün hər cür şərait yaradıb: “Belə ki, regionlarda aqro-servizlər yaradılıb. Sahibkarlara subsidialar verilir, süni mayalama yolu ilə alınan hər baş buzova 100 manat pul verilir. Əlbəttə ki, biz əminik dövlətimiz bu qayğını daha da artıracaqdır”.

Sahibkar Polad Quliyev belə layihələrin müntəzəm keçirilməsini xahiş edib. Sahibkarların əksəriyyəti fəaliyyət göstərdiyi sahələri dərindən bilmədiklərini və layihələrin davamlı olmasını arzu edib.

 

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı