“Oriqami” uşaq və yeniyetmələr İctimai Birliyi layihəsinin yekun təqbirini keçirib - FOTOLAR
“Oriqami” uşaq və yeniyetmələr İctimai Birliyi “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqbirini keçirib.
Birlikdən QHT.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur. Layihənin Fəaliyyət Planına uyğun olaraq hər 3 təhsil ocağında pedaqoji kollektivlərdə, layihənin yekun tədbirlərinin keçirilməsi nəzərdə tutulub.
Sentyabrın 18-də Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən, 295 № li tam orta məktəbdə keçirilən tədbirdə layihə rəhbəri Namiq Nəcəfov bildirib ki, havanın çiskin olması, yeniyetmə velosipedçilərin coşqun əhval-ruhiyyəsinə heç bir təsir göstərmirdi: “Axı bu gün bu məktəbdə “Yeniyetmə velosipedçilərin təhlükəsizliyi ilə bağlı tədbirlərin təşkili” layihəsinə yekun vurulur və yeniyetmələrin layihədə fəal iştirakı müvəffəqiyyətlə nəticələnirdi. Yeniyetmələr velosipedlərlə məktəbin foyesinə toplaşıb. Burada ayrılmış güşədə səliqə-səhman yaradılıb, layihənin son tədbirinin təşkili məqsədi ilə masalar və stullar düzülüb, baner qurulub, stolüstü loqolu məlumat lövhələri qoyulub,digər atributlar -layihə çərçivəsində,15 nəfər iştirakçının hər biri üçün hazırlanmış hədiyyələr sərgilənirdi”.
Məktəbin direktoru D.Cəbrayılıva, Təşkilatçı Z.Rəsulova, UBTR D.Novruzova, psixoloq H.Ələkbərova, Bədən tərbiyə müəllimi C.Məhəmmədov, layihə rəhbəri N.Nəcəfov layihə iştirakçıları ilə görüşüblər, onlara təhsildə uğurlar arzulayıblar. İştirakçılara layihənin mərhələləri barədə ətraflı məlumat verilib, layihənin icra prosesindən danışılıb, yeniyetmə velosipedçilərin fərdi təhlükəsizliyi ilə bağlı fikirlər söylənilib və tövsiyyə edilib ki, artıq onların fərdi təhlükəsizliyi üçün qoruyucu vasitələr dəstləri bu gündən onların istifadəsindədir. Dəstlər hədiyyə olaraq verilir, bununla yanaşı onlara hədiyyə çantası, su qabları, dəftərxana qovluğu dəsti, loqolu qısaqol köynəklər də hədiyyə edilir, iştirakçı Sertifikatları təqdim olunur. Təşkilatçı Z.Rəsulova layihə olan maraqdan danışıb. O, bildirib ki, layihəyə qoşulmaq istəyən bir neçə nəfər məktəblilərə valideynləri velosiped alıblar və həmin şagirdlər layihədə fəal iştirak ediblər.
295 № li tam orta məktəbin fiziki tərbiyə müəllimi C.Məhəmmədov, psixoloq H. Ələkbərova, UBTR D.Novruzova layihənin məktəblilərə sağlam həyat tərzinin aşılanmasına, onların asudə vaxtının daha səmərəli təşkilinə və ən vacib şərt olaraq, yeniyetmələrin fərdi təhlükəsizliyinə daha çox diqqət yetirmələrinə kömək edəcəyinə ümidvar olduqlarını bildiriblər.
D.Cəbrayılova layihənin uşaqlarda müşahidə edilən pozitiv məqamlarından danışıb və layihənin təşkilatçılarına minnətdarlığını bildirib. Layihənin rəhbəri N.Nəcəfov 295 № li tam orta məktəbin pedaqoji heyətinə layihənin icrası üçün məktəbdə yaradılan şəraitə görə Təşəkkürnamə təqdim edib. Yekun tədbirdə “Oriqami” QHT tərəfindən foto-video çəkiliş təşkil olunub, media vasitələrinə yayımlanmaq üçün məlumat göndərilib.
Pərvanə Fərhadqızı