Xəbərlər 18.09.2023 21:24 1736

Ümumdünya Heyvanların Mühafizəsi təşkilatı erməni silahlıların itlərdən terror aktı üçün istifadəsindən sarsılıb

Bü günlərdə Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti nəzarət zonasında qeyri-qanuni silahlı ermənilər terror aktına cəhd etmişdirlər. Müdafiə Nazirliyinin məlumatına görə, erməni silahlılar itin üzərinə uzaqdan idarə olunan əldəqayırma partlayıcı qurğu bağlayaraq, əsgərlərimizin mövqeləri istiqamətində hərəkət etməyə məcbur edilmişlər. Bildirilmişdir ki, hərbiçilərimizin sayıqlığı nəticəsində erməni silahlılarının terror-təxribat istəyi baş tutmamışdı. Hətta Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev öz sosial şəbəkə hesabında hadisəni “əxlaqsız terror aktı” adlandırmışdır. 

 

Hadisədən dərhal sonra “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi öz təşəbbüsü ilə Ümumdünya Heyvanların Mühafizəsi təşkilatının Böyük Britanıyanın paytaxtı London şəhərində yerləşən ofisiə müraciət ünvanlayaraq, erməni silahlıların Azərbaycana qarşı terror aktında itlərdən istifadə cəhdlərindən hiddətləndiyini və Ümumdünya Heyvanların Mühafizəsi təşkilatının bu hadisə reaksiya verməsini tələb etmişdir.

 

Bu gün “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi sədrinə Ümumdünya Heyvanların Mühafizəsi təşkilatından məktub göndərilmişdir. Məktubda aşağıdakılar qeyd olunur:

“Əziz Ramil,

 

Ümumdünya Heyvanların Mühafizəsi təşkilatına eleketron poçt məktubu göndərdiyiniz və əlaqə saxlamaq üçün vaxt ayırdığınız üçün təşəkkür edirik. Bəzən ən sarsıdan vəhşiliklər belə bizim diqqətimizə çatdırılır. Bu həmin anlardan biridir.

 

Günahsız bir heyvandan terror aktı kimi istifadə edilməsi əxlaqsızlıqdır, qeyri-etikdir və bu itin həyatına, eləcə də insan həyatına nə qədər az dəyər verildiyini göstərir. Səssiz, müdafiəsiz heyvanlardan istifadə iyrəncdir. Biz bu məsələni Beynəlxalq Heyvanların İdarə Olunması (ICAM) koalisiyası və itlərin rifahına diqqət yetirən digər itlərlə bağlı xeyriyyə təşkilatları ilə birlikdə qaldırdıq.

 

Əlaqə saxladığınız üçün bir daha təşəkkür edirəm. Əlavə sualınız və ya hər hansı rəyiniz varsa, biz həmişə kömək etmək üçün buradayıq.

 

Hörmətlə,

İlena Philippides Rees

Dəstəkçi Baxımı Koordinatoru

“Dünya Heyvanların Mühafizəsi” Təşkilatı

London, Böyük Britaniya

 

 

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı