Xəbərlər 19.09.2023 09:51 470

Trek velosipedi üzrə Bakı Kubokunun II mərhələsi keçirilib

Sentyabrın 16-17-də Bakı Şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə trek velosipedi üzrə Bakı Kubokunun II mərhələsi keçirilib.

QHT.az xəbər verir ki, Respublika Velotrekində baş tutan yarışda 2005-2008-ci il (26 nəfər), 2009-cu il (19 nəfər) və 2010-2011-ci il (17 nəfər) təvəllüdlü oğlanlar mübarizə aparıblar.

Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən təşkil edilən yarışın birinci günü idmançılar QİT-200 m (hərəkətlə) və yerindən 1 dairə, ikinci günü isə təqiblə fərdi ötüşmə (2 km) və skretç (24 dairə) növlərində güclərini sınayıblar.

2005-2008-ci il təvəllüdlü oğlanların yarışında Tural İsrafilov (ROEQİUGVM, 12.75/25.00/02.38.20) bütün növlər üzrə ən yaxşı göstəricilərə imza ataraq birinci yerlərə layiq görülüb.

Qeyd edək ki, yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı