QHT sədri: "Azərbaycan öz sözünü reallaşdırmış oldu"
Qarabağın erməni sakinlərinin ehtiyaclarının ödənilməsi üçün Ağdam- Xankəndi yolu ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin Beynəlxal Hümanitar yardım karvanının daşınması reallıqdır. Bu daşınma həyata keçirildi. Xankəndində məskunlaşmış erməni sakinləri bu yardımı qəbul etdilər. Dövlətlərarası danışıqlara, razılaşmalara əsasən, Ağdam-Xanəndi yolundan istifadə ilə bağlı bu proses sentyabrın 1-dən işə düşməli idi. Təəssüflər olsun ki, Qarabağ ərazisində məskunlaşmış separatçılar 16 gün bu prosesi gecikdirdilər. Azərbaycan qalib çıxdı, prinsipial olaraq Azərbaycanın irəli sürdüyü şərtlər separatçı qurum tərəfindən qəbul olundu. Bu isə ona gətirib çıxardı ki, artıq Azərbaycan öz sözünü reallaşdırmış oldu.
Bu haqda İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseynli QHT.az-a açıqlamasında bildirib ki, Azərbaycan tərəfinin irəli sürdüyü şərtlərdən biri o idi ki, Laçın –Xankəndi yolu yalnız hümanitar dəhliz kimi fəaliyyət göstərə bilər: “Əgər bu dəhlizdən kommersiya məqsədi ilə istifadə olunacaqsa, o zaman Ermənistan tərəfi üçün də dəhliz açılmalı idi. Paralel olaraq Laçın-Xankəndi dəhlizi kimi, Zəngəzur və Mehri dəhlizi işə düşməli idi. Ancaq təəssüflər olsun ki, bu prosesi bir qədər uzatdılar. Növbəti proses olaraq biz Zəngəzur və Mehri dəhlizinin işə düşməsini izləyəcəyik. Qərbi Azərbaycan icması da rəsmi olaraq bu proseslərdə aktiv iştirak edir. Necə ki, Erməni sakinləri Azərbaycan ərazisində yerləşdirilib qorunacaqdırsa, qərbi Azərbaycan əhalisi də döğma yurdlarına qaydaraq eyni şəkildə onların hüquqlarının qorunması Ermənistan cəmiyyətinə reinteqrasiya prosesləri eyni qayda da davam edəcəkdir. Bu da təbii ki, sülhün imzalanmasına yaxınlaşdıran bir prosesdir”.
Vüsalə Hüseynli həmçinin qeyd edəb ki, ABŞ-ın bölgədə maraqlarının təmini məqsədilə separatçı qurumdan yetərincə istifadəsi də son günlərin aktual problemlərindən biridir: “Lakin bunlara baxmayaraq, demokratiyanın carçısı olan ABŞ Şərqi Zəngəzur ərazisində hərbi xuntanın leqallaşdırılması üçün müəyyən cəhdlər edir. Bu isə beynəlxalq güclərin ikili standartlardan çıxış etməsini göstərir”.
Pərvanə Fərhadqızı