Xəbərlər 19.09.2023 16:18 1761

“Erkən nikah faktlarına hələ də rast gəlmək olur”- QHT sədri

“Sağlam mühit” Gənclərin İnkişafına Kömək İctimai Birliyi tərəfindən həyata keçirilən “Erkən nikahlara yox deyək” adlı layihə çərçivəsində Milli Qeyri Hökumət Təşkilatları Forumunun Şirvan Regional QHT-lərin Resurs və Təlim Mərkəzində seminar keçirilib.

Birliyin sədri Əli Mirzəyev QHT.az-a bildirib ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil olunur: “Layihə çərçivəsində təşkil olunan tədbirdə Şirvan Peşə Litseyinin tələbələri və müəllimləri  iştirak ediblər. Tədbirdə layihə haqqında ətraflı məlumat verdik. Erkən nikahların fəsadları barədə mütamadi olaraq maarifləndirmə tədbirləri həyata keçirilsə də, erkən nikahlarla mübarizə sahəsində dövlətin müvafiq qurumları kifayət qədər inzibati tədbirlər həyata keçirsələr də erkən nikah faktlarına hələ də rast gəlmək olur”.

Erkən nikahların fəsadlarını hüquqi, sosial, psixoloji, bioloji aspektlərdən qiymətləndirilməsinə diqqət yönəldilib, iştirakçılar müzakirələrə qoşulublar. Müzakirələrdə iştirak edən müəllimə Ülviyyə İsmayılova qeyd edib ki, yeniyetmələrin təhsil almadan, peşə və ya ixtisas almadan nikaha məcbur edilməsi heç bir məntiqə sığmır. İkinci kurs tələbəsi Rəsul Kərimov qeyd edib ki, gənclərin öz müstəqil həyatlarını təmin etmədən ailə qurması düzgün deyil: “Mən həm Litseydə oxuyaraq kompyuter dizayneri ixtisasına yiyələnəcəyəm, həm də dərsdən sonra şadlıq sarayında ofisiant kimi çalışıram”.

Qeyd edək ki, digər iştirakçılar da erkən nikahlara qarşı mübarizəyə qoşulmağa səslədilər.

 

Pərvanə Fərhadqızı

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı