Emin Həsənli: “85 milyonluq Türkiyə Azərbaycanın yanındadır”
Azərbaycan lokal şəkildə anti-terror əməliyyatlara başlayandan bir neçə saat sonra Birləşmiş Millətlər Təşkilatında ən yüksək səviyyədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək Azərbaycanın haqq işini bir daha müdafiə etdi, Azərbaycanın yanında olduqlarını bəyan etdi. Ulu öndər ümummilli lider Heydər Əliyevin bir millət, iki dövlət fikrini səsləndirərək daim Azərbaycana dəstək verəcəklərini bəyan etdi. Qarabağın Azərbaycan ərazisi olduğunu, bütün dünyanın Azərbaycan ərazisi kimi Azərbaycan torpağı kimi tanıdığını bəyan etdi. Zəngəzur koridorunun açılmasını və Ermənistanın Azərbaycanla sülh imzalaması, Azərbaycanın torpaqlarını tanıması və bu istiqamətdə addımlar atması üçün Ermənistana bir daha ən yüksək səviyyədə çağırış etdi. Dünya ölkələrinə də çağırış edərək bu haqq işində Azərbaycanı dəstəkləməyə çağırdı.
QHT.az bildirir ki, bu fikirləri hərbi ekspert Emin Həsənli Herbiand.az-a bildirb.
Emin Həsənli əməliyyatlar başlayandan sonra qardaş ölkənin müdafiə naziri Yaşar Gülərin də Azərbaycana dəstək verdiyini bildirir:
“Müdafiə naziri Yaşar Gülər Azərbaycan Respublikası Müdafiə naziri Zakir Həsənovla danışaraq, Türkiyənin Azərbaycanın yanında olduğunu, üçüncü bir ölkə qarışarsa bu işə Azərbaycana hər cürə hərbi dəstək verməyə hazır olduqlarını bəyan etdi. Bu qardaş Türkiyənin hər zaman olduğu kimi Azərbaycanın yanında olduğunun, 44 günlük Vətən müharibəsində verdiyi mənəvi siyasi dəstəyin davamıdır. Azərbaycan xalqı hər zaman Türkiyə ilə bir yerdədir. Türkiyə Azərbaycanla bir yerdədir. Biz bir millət, iki dövlətik. Ən ağır zamanlarda Türkiyə Azərbaycanın, Azərbaycan da Türkiyənin yanında olub”.
Hərbi ekspert bu dəstəyə görə qardaş ölkəyə minnətdarlığını da ifadə etdi:
“Bir daha Türkiyə Prezidentinə Türkiyə Müdafiə Nazirliyinə, Türkiyə əhalisinə dərin minnətdarlığımızı bildiririk ki, Türkiyənin sabiq müdafiə naziri, hazırda Türkiyə Böyük Millət Məclisinin Müdafiə komissiyasının sədri Hulusi Akar İstanbulda 19 sentyabr Qazilər Günü qazilərin qarşısında çıxış edərkən orada da bəyan edib ki, Türkiyə Azərbaycanın yanındadır. Hər zaman Azərbaycana dəstək verib. Türkiyə Böyük Millət Məclisi də, Türkiyə Silahlı Qüvvələri də Türkiyə də Azərbaycanın hər bir zaman yanındadır. Bu, həm Türkiyə Prezidentinin, həm Türkiyə Parlamentinin, həm Türkiyə Müdafiə Nazirliyinin, eyni zamanda Türkiyədə fəaliyyət göstərən hərbi yönümlü təşkilatların, qazilər, şəhid ailələri, ehtiyatda olan zabitlərin, ehtiyatda olan gizirlər təşkilatlarının həmin an bəyanat verməsi Türkiyə mətbuatının Türkiyə mediasının Azərbaycanın yanında olması çox sevindiricidir. Bütünlükdə 85 milyonluq Türkiyə Azərbaycanın yanındadır, Azərbaycanın haqlı davasının yanındadır. Azərbaycan Türkiyə qardaşlığı əbədidir və sonsuza qədər davam edəcəkdir. Türkiyənin güclənməsi, Azərbaycanın güclənməsidir, Azərbaycanın güclənməsi, Türkiyənin güclənməsidir”.