“Sağlam olaq – Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq
“Dəniz Mall” ticarət mərkəzinin dəstəyi və “Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi”-nin təşkilatçılığı, həmçinin Mərkəzi Qan Bankının tərəfdaşlığı ilə Ümümmilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Sağlam olaq, Donor olaq” şüarı altında qanvermə aksiyası təşkil olunacaq.
Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin mətbuat xidmətindən QHT.az-a verilən məlumata görə, Aksiya Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi "Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı" Dövlət Proqramına uyğun, həmçinin Heydər Əliyev Fondunun "Talassemiyasız həyat naminə" proqramı çərçivəsində təşkil edilir. Qanvermə aksiyası 23.09.2023 tarixində, saat 10:00-dan 16:00-dək “DƏNİZ MALL” ticarət mərkəzində həyata keçiriləcəkdir.
Qeyd edək ki, toplanan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya, eləcə də leykoz (Qan xərçəngi) xəstəliyindən əziyyət çəkən şəxslər üçün istifadə olunacaq.
Pərvanə Fərhadqızı