Xəbərlər 05.05.2025 20:27 65

"Ailə büdcəsi quraq, daha varlı olaq!" layihəsinə start verildi

Vətəndaşlara ödənişsiz treninqlər keçriləcək.

QHT.az xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzi İctimai Birliyindən vərilən məlumata görə, Birliyin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Ailə büdcəsi quraq, daha varlı olaq!" layihəsinə mayın 1-dən etibarən start verilib. May ayı layihənin icrasına hazırlıq mərhələsidir.

Birlik layihə çərçivəsində cəmiyyətdə ailə büdcəsi qurmaq və "ağıllı alıcı" olmaq ideyadını təbliğ edəcək. Birlik mütəxəssisləri hesab edir ki, bu yolla ailələrin gəlir və xərclərini elə optimallaşdırmaq olar ki,  onlar borclanmasın, üstəlik, özlərinə dar gün üçün ehtiyat - "maliyyə yastığı" yarada bilsin. Ehtiyat vəsaitlərindən başqa məqsədlər (ev, bağ, avtomobil almaq, kiçik biznes qurmaq və s.) üçün də istifadə etmək olar.

İyun ayında layihə ideyası mediada təbliğ ediləcək, iyul ayında isə ailə başçılarına (ailədə maliyyə məsələlərinə baxan ailə üzvülərinə) treninqlər keçriləcək. Treninqlər ödənişsizdir və iştirakçılara ailə büdcəsi qurmaq üçün fiziki vasitələr təqdim ediləcək.

Treninqlərdə dinləyici kimi iştirak etməklə layihəmizdən yaralanmaq istəyən (Bakı və Sumqayıt şəhərində, eyni zamanda, Abşeron rayonunda yaşayan) vətəndaşlar aşağıdakı vasitələrlə bizimlə əlaqə saxlaya bilər: +994558476605; [email protected].
 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı