Bu gün səhər saatlarında Kiyevdə 4 ərazidə dağıntılar qeydə alınıb. Darnitsa bölgəsində qaz borusu zədələnib.
QHT.az xəbər verir ki, yanğın başlayıb. Darnitski rayonunda qeyri-yaşayış sahələri və park edilmiş avtomobillər dağıntılar altında qalıb. Təcili yardım xidmətləri işləyir. Tələfat və dağıntılar barədə məlumat dəqiqləşdirilir. Paytaxt meri Vitali Kliçko bildirib ki, hazırda Darnitski rayonunda 7 qurban var. Onlardan 3-ü, o cümlədən 9 yaşlı qız xəstəxanaya yerləşdirilib. Qalanlarına isə yerindəcə kömək göstərilib. Hücum nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranan Svyatoşinski rayonunda energetiklər enerji təchizatını bərpa ediblər. 2 avtomobil yanır, yaxınlıqdakı ikimərtəbəli evin şüşələri sınıb. Peşə təhsili müəssisəsinə də ziyan dəyib. Tələbələr arasında xəsarət alan olmayıb, onlar sığınacaqda olublar.
Pərvanə Fərhadqızı