Xəbərlər 21.09.2023 12:13 1985

Yevlaxda erməni icmasını təmsil edənlər kimdir? - Şok isimlər

Yevlaxda reinteqrasiya və erməni icmasının təhlükəsizliyi ilə bağlı bu gün aparılan danışıqlara Qarabağın erməni icmasından kimlərin gəldiyi bəlli olub.

 

QHT.az  Axar.az-a istinadən  xəbər verir ki, Qarabağın erməni icmasını danışıqlarda qondarma deputat David Melkumyan və Sergey Martirosyan (ermənilər onun Areq Avakyan olduğunu da iddia edir - red.) təmsil edir.

 

Onlarla danışıqları Qarabağ bölgəsinin erməni sakinləri ilə əlaqələr üzrə məsul şəxs, parlamentin deputatı Ramin Məmmədov aparır.

 

Bu fakt olduqca ilgincdir. Belə ki, Azərbaycan qondarma qurumun “icra strukturunda” təmsil olunan heç kimlə danışmaq niyyətində deyil – yəni Şahramanyan və onun dəstəsi ilə.

 

Sergey Martirosyan bundan öncə Xocalı şəhərində Ramin Məmmədovla baş tutan görüşdə də iştirak etmişdi. Onun Vitali Balasanyana yaxın olduğu və daim rus sülhməramlılarla işlədiyi haqda məlumatlar var.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı