Xəbərlər 21.09.2023 17:56 4220

Samux rayonunda “Günərzi Qayğı” mərkəzində görüş keçirilib - FOTOLAR

“İstedadlı Əlillər” İctimai Birliyi “Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə günərzi mərkəzlərin xidmətinin göstərilməsi” fəaliyyət göstərən Samux rayonunda “Günərzi Qayğı” mərkəzində Dövlət qurumları arasında əməkdaşlıq mövzusunda görüş keçirib.

Birliyinin sədri Qubad Qasımov QHT.az-a bildirib ki, layihə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə təşkil olunur: “Görüşdə Samux Rayon Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Ceyhun Həsənov, Samux Rayon İcra Hakimiyyəti ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova,  İctimai-siyasi və humanitar məsələlər üzrə iş şöbəsinin baş məsləhətçisi Fərid Rüstəmov, Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin Samux rayonu üzrə Gənclər və İdman Sektorunun müdiri Rasim İmamquliyev, Samux Rayon Mərkəzi xəstəxananın şöbə müdiri və pediatrı İlahə Nəsibova iştirak ediblər”.

Tədbiri giriş sözü ilə açan mərkəzin rəhbəri Qubad Qasımov Günərzi Mərkəzinin fəaliyyəti haqda məlumat verib. Sonra mərkəzdə Sosial işçi vəzifəsində çalışan, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən İctimai Şuranın üzvü Elnarə Məhərrəmova mərkəzdə gördüyü işlərdən və cəmiyyəti narahat edən bir sıra məsələlər haqda məlumat verib. Samux rayonunda erkən nigahın qarşısının alınması ilə bağlı görülən işlər, uşaqların dövlət müəssisələrinə düşmənlərinin qarşısının alınması, yetkinlik yaşına yatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə görülən işlər barədə müzakirələr edilib.

Sonra qonaqlar Sosial Xidmətlər Agentliyinin maliyyə dəstəyi ilə fəaliyyət göstərən Günərzi Mərkəzlərinin yaradılması təşəbbüsünü bəyənib dəstəkləyiblər. Bu kimi mərkəzlərin rayon ətrafı kəndlərdə də yaradılmasını təklif ediblər. Bu layihələrin uzun müddətli olmasını təqdirə layiq hesab ediblər.

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı