Xəbərlər 24.09.2023 13:39 5682

Agentliyin Müşahidə Şurasının üzvü  Cenevrədə azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi məsələsini qaldırdı

Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığından azərbaycanlı qaçqınların Qərbi Azərbaycana qayıdış hüququnun təmin edilməsi tələb olunub

QHT.az xəbər verir ki, sentyabrın 19-da Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Könüllü Assosiasiyalar Şurasının birgə təşkilatçılığı ilə “Regional QHT Məsləhətləşmələri” adlı beynəlxalq tədbir keçirilib. Tədbirdə Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, “Ümid” Sosial İnkişafa Dəstək İB-nin İcraçı Direktoru İsrayıl İsgəndərov iştirak edib.

İ.İsgəndərov plenar iclasdakı çıxışında azərbaycanlı qaçqınların hüquqları ilə bağlı məsələ qaldırıb, onların Ermənistandan zorla deportasiya edildiyini bildirib: “Ermənistan SSR-dən 1987-1991-ci illərdə deportasiya edilmiş etnik azərbaycanlıların sayı 200 min nəfərdən çox olub. Hazırda onların sayında əhəmiyyətli artım var. Ən böyük problem də onların qayıdışı ilə bağlıdır. Sizlərin diqqətini bu vacib məsələyə yönəltmək istəyir və BMT strukturlarını, BMT-nin Azərbaycandakı nümayəndəliyini, BMT QAK-nın Azərbaycandakı nümayəndəliyini bu məsələyə xüsusi diqqət yetirməyə çağırıram”.


“Regional QHT Məsləhətləşmələri” ənənəvi olaraq hər il keçirilir, bu dəfə tədbir həm də 2023-cü ilin dekabr ayına planlaşdırılan II Qlobal Qaçqınlar Forumuna yekun hazırlığı nəzərdə tutub.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı