Xəbərlər 26.09.2023 16:18 1402

Çexiyalı mütəxəssislər FHN əməkdaşları üçün təlim kursu keçiblər

16-23 sentyabr 2023-cü il tarixlərində Amerika Birləşmiş Ştatlarının Müdafiə Təhlükəsinin Azaldılması Agentliyinin (TAMA) təşkilatçılığı ilə “Kütləvi qırğın silahlarının yayılmamasına” dair Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşları üçün “Canlı Agent” (Live Agent) üzrə praktiki təlim kursu keçirilib.

 

Təlim kursu Çex Respublikasının Brno şəhərində yerləşən Hərbi Tədqiqat İnstitutunda həmin qurumun mütəxəssisləri tərəfindən keçirilib.

 

Təlim kursu aşkar edilmiş təhlükəli maddələrin dekontaminasiyası prosesi ilə bağlı biliklərin artırılması, praktiki vərdişlərin təkmilləşdirilməsi, peşə hazırlığı səviyyəsinin daha da yüksəldilməsi məqsədilə təşkil olunub.

 

Praktiki təlim kursunda Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin və Beynəlxalq əlaqələr idarəsinin zabitləri, həmçinin Mülki müdafiə qoşunlarının Radiasiya və kimya laboratoriyasının və hərbi hissələrinin kimyaçı mütəxəssisləri, ABŞ-dan gəlmiş zabit və mütəxəssislər, eyni zamanda ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndəsi də iştirak edib.

 

Təlimdə çexiyalı təlimçilər tərəfindən sözügedən sahəyə dair əməliyyat proseslərindən bəhs edilib, fərdi mühafizə vasitələrindən istifadə qaydaları, kəşfiyyat zamanı istifadə olunan cihazların seçilməsi və hazır vəziyyətə gətirilməsidən söz açılıb, həmçinin aşkar edilmiş təhlükəli maddələrin dekontaminasiyası barədə məlumat verilib və həmin proses əyani şəkildə nümayiş etdirilib.

 

Yekunda təlimi bitirmiş iştirakçılara sertifikatlar təqdim edilib.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı