Xəbərlər 27.09.2023 09:43 2050

İraqda yanğın: 113 nəfər ölüb, 150 nəfər yaralanıb - FOTO

İraqda Həmdaniya rayonunda 800 nəfərin olduğu şadlıq sarayında baş verən yanğında ilkin məlumata görə, azı 113 nəfər ölüb, 150 nəfər yaralanıb.

QHT.az xəbər verir ki, ölən və yaralananların sayının sabit olmadığı və arta biləcəyi bildirilib. Yaralılar bölgədəki xəstəxanalara çatdırılarkən onlarla insanın qan vermək üçün xəstəxana bağçalarına toplaşdığı görülüb. Yanğının səbəbi hələlik məlum olmasa da, ilkin məlumata görə, Yanğın atəşfəşanlıqdan sonra başlayıb.

Qeyd edək ki, ölənlər və ya yaralananlar arasında bəylə gəlinin olub-olmadığı hələlik məlum deyil.

 

Pərvanə Fərhadqızı

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı