Tramp bankları və sığortaçıları aldatmaq qərarına gəlib
ABŞ məhkəməsi keçmiş prezident Donald Trampın daşınmaz əmlak imperiyasını qurduğu illərdə bir çox insanı və qurumu aldatdığına qərar verib.
QHT.az xəbər verir ki, Nyu-Yorkun baş prokuroru Letitia James tərəfindən qaldırılan mülki iddiada hakim Artur Enqoron keçmiş prezident və onun “Tramp Təşkilatı”nın sövdələşmələrdə və maliyyə sənədlərində aktivlərini həddindən artıq qiymətləndirərək, onun xalis sərvətini şişirdərək bankları, sığortaçıları və başqalarını aldatdığına qərar verib. Engoron 35 səhifəlik qərarında Tramp və şirkətin və onun rəhbərlərinin illik maliyyə vəziyyətləri barədə daim yalan danışaraq sərfəli şərtlərlə və aşağı sığorta haqları ilə kreditlər əldə etdiklərini bildirib.
Məhkəmə dekabr ayına qədər uzana bilər. Trampın üç böyük övladının və şirkətinin var-dövlətini 3,6 milyard dollar çox göstərdiyi iddia edilən ittihamnamədə baş prokuror Ceyms hakimdən Tramp və uşaqlarının Nyu-Yorkda yenidən şirkət qurmalarına və kommersiya daşınmaz əmlakı almasına 5 il qadağa qoyulmasını istəyib, habelə 250 milyon ABŞ dolları məbləğində cərimələnməsini tələb edir.
Pərvanə Fərhadqızı