Xəbərlər 27.09.2023 10:26 2196

“2024-cü ildə o, bizim üçün yeni, fərqli bir dövrə keçidimizi təmin edəcək”- QHT sədri

“Bu müqəddəs gündə, o cümlədən, qələbə sevincli tariximizin bu günündə Ali Baş Komandana, Prezidentimiz cənab İlham Əliyevə təşəkkürümü çatdırmağı özümə borc bilirəm”.

QHT.az xəbər verir ki, bu sözləri Təmiz Dünya Qadınlara Yardım Ictimai Birliyinin sədri Mehriban Zeynalova bildirib. QHT sədri qeyd edib ki, biz, 44 günlük müharibə dönəmində nəhəng diplomat, sərkərdə, öz ölkəsinin maraqlarını prinsipal qoruyan siyasətçini kəşf etdik: “O qarşısına qoyduğu missiyanı şərəflə yerinə yetirdi! Bu missiyanı yerinə yetirənə kimi, onun müxtəlif görüş və danışıqlarda keçirdiyi hisslər, ağrıları heç birimiz reallığı ilə bəlkə də dərk etmədik. Mən inanıram və artıq əminəm ki, o bizə verdiyi bütün sözləri söz olaraq demir, o hər dediyi sözün həyata keçməsinə nail olur! Mən, inanıram ki, qlobal missiyasını bitirdikdən sonra 2024-cü ildə, bizim üçün yeni, fərqli bir dövrə keçidimizi təmin edəcək cənab İlham Əliyev".

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı